Britaniyalı müxalifəti: Tramp Ukraynanı satdı


ABŞ mərkəzli X şirkətinin sosial media platformasındakı paylaşımında Deyvi Kremlin sözçüsü Dmitri Peskovun jurnalistlərə verdiyi açıqlamalarla bağlı danışıb.

Turkustan.az xəbər verir ki, Peskovun “ABŞ-ın yenilənmiş milli təhlükəsizlik strategiyasını bəyənirik” sözlərini sitat gətirən Deyvi belə deyib:

“Donald Tramp, Ukraynanı və Avropanın qalan hissəsini Putinə satmaq istəyən Kremlin quldurudur. Buna icazə verə bilmərik.”

Dondurulmuş Rusiya varlıqlarına həbs qoyulması ilə bağlı müzakirələrə toxunan Deyvi əlavə edib:

“(İngiltərənin baş naziri Keir) Starmer bu ölkədəki dondurulmuş Rusiya varlıqlarına əl qoymalıdır. Bu gün həmçinin (Fransa prezidenti Emmanuel) Makron və (Almaniya kansleri Fridrix) Mersi də eyni addımı atmağa razı salınmalıdır.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ