Zelenski NATO-nun baş katibi və Aİ liderləri ilə görüşəcək


Ukrayna prezidenti Vladimir Zelenski sülh danışıqlarını müzakirə etmək üçün Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Aİ Şurasının sədri Antonio Kosta və NATO-nun baş katibi Mark Rutte ilə görüşəcək.

Turkustan.az xəbər verir ki, Aİ Komissiyasının baş sözçüsü Paula Pinho gündəlik mətbuat konfransında görüş haqqında məlumat verib.

Pinho görüşlə bağlı bütün təfərrüatları paylaşa bilməyəcəyini, lakin əsas gündəmin sülh prosesi olduğunu bildirib.

Pinho, Zelenskinin fon der Leyen, Kosta və Rutte ilə görüşündə də Rusiyanın dondurulmuş aktivlərindən istifadənin müzakirə ediləcəyini qeyd edərək, "Bu məsələ ilə bağlı müzakirələrin gələn həftə keçiriləcək AB Liderlər Zirvəsinə qədər davam edəcəyi gözlənilir. Məqsəd Ukraynanın 2022-ci il üçün maliyyə ehtiyaclarını ödəmək üçün burada yekun qərarın verilməsidir" dedi.

NATO yazılı açıqlamada görüşün Ruttenin rəsmi iqamətgahında baş tutacağını qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ