ABŞ-ın yeni yayımlanan Milli Təhlükəsizlik Strategiyasında Şimali Koreyanın denuklearizasiyası ilə bağlı hədəflər yer almır.
Turkustan.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Ekspertlərin fikrincə, Vaşinqtonun sənəddə bu məsələni qeyd etməməsi 2026-cı ildə Pxenyanla dialoqu bərpa etmək niyyətinə işarə ola bilər.
Cənubi Koreya Birləşmə Araşdırmaları İnstitutunun eksperti Xon Min bildirib ki, denuklearizasiya ideyasının sənəddən çıxarılması “şüurlu addım” təsiri bağışlayır.
2003-cü ildən bəri ilk dəfə yayımlanan strateji sənəddə KXDR-in “yaranan nüvə təhdidinin aradan qaldırılması” kimi müddəalara yer verilməyib. Müqayisə üçün, ABŞ-ın 2017-ci il Milli Təhlükəsizlik Strategiyasında Şimali Koreya 16 dəfə Vaşinqton üçün təhdid və “nüvə silahından istifadə edə biləcək tənha dövlət” kimi göstərilmişdi.
Xatırladaq ki, sentyabr ayında KXDR lideri Kim Çen In denuklearizasiya çağırışlarını ölkənin konstitusiya quruluşuna müdaxilə kimi qiymətləndirmişdi. Şimali Koreyanın nüvə statusu onun əsas qanununda rəsmən təsbit olunub.
Digər tərəfdən, Cənubi Koreya prezident administrasiyasının milli təhlükəsizlik idarəsinin rəhbəri Vi Son Lak bəyan edib ki, Seul ABŞ-la birgə keçirdiyi hərbi təlimlərin miqyasını dialoqun bərpası naminə azaldmağı planlaşdırmır. /konkret.az/