Ukrayna prezidenti Vladimir Zelenski ABŞ mediasına atəşkəs danışıqları ilə bağlı danışıb.
Turkustan.az xəbər verir ki, Zelenski bildirib ki, biz Donbasla bağlı razılaşmırıq.
Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə Londonda keçirəcəyi görüşdən əvvəl ABŞ mətbuatına açıqlama verib. Bloomberg News-a telefonla müsahibə verən Zelenski deyib ki, ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilən sülh planında ərazi güzəştləri ilə bağlı müzakirəçilər fikir ayrılığına düşüb.
Ukrayna prezidenti Zelenski açıqlamasında "ABŞ, Rusiya və Ukraynanın öz baxışları var. Donbas məsələsində razılaşmırıq" deyib.
Aytən Yaşar/ Turkustan.az