Ərdoğan Viktor Orban ilə görüşdü


Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstanın baş naziri Viktor Orbanı qəbul edib.

Turkustan.az xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası üçün İstanbula gələn Macarıstanın Baş naziri Orbanı Prezident Dolmabahçe Ofisində rəsmi mərasimlə qarşılayıb.

Prezident Ərdoğan qarşılanmadan sonra içəri girməzdən əvvəl Orbanla qısa bir müddət söhbət edib.

Daha sonra prezident Ərdoğan nümayəndə heyətini Orbana təqdim edərək görüşə başlayıb.

Qəbulda xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ