Prezident Vladimir Zelenski Londonda Böyük Britaniyanın baş naziri Keir Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merzlə danışıqları zamanı bəyan edib ki, bu gün Ukraynanın bütün müttəfiqlərinin: Avropa və ABŞ-ın birliyi vacibdir.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna dövlətinin başçısı dörd liderin qısa bəyanatları zamanı bildirib.
"Çox vacib olan şeylər var - bu, Avropa ilə Ukrayna, eləcə də Avropa və ABŞ arasında birlikdir. Elə şeylər var ki, amerikalılarsız həll edə bilmirik, elə şeylər var ki, onları Avropasız həll edə bilmirik", - Zelenski bildirib.
O, həmçinin Londonda bu görüşü təşkil etdiyinə görə Starmerə təşəkkür edib.
“Düşünürəm ki, bu görüşü təşkil etmək çox vacib idi ki, biz ABŞ və bizim aramızda aparılan sülh danışıqları kontekstində çox həssas mövzuları görüşüb müzakirə edə bilək ”, - Ukrayna prezidenti bildirib.
Aytən Yaşar/ Turkustan.az