Azərbaycan Ermənistana neft göndərir: Gürcüstan pul almayacaq


Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə görə rüsum almayacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bəyan edib.

Bundan əvvəl Azərbaycan mətbuatı Gürcüstanın Azərbaycandan Ermənistana mümkün neft tranziti üçün bir ton üçün 92 dollar rüsum tələb etdiyi barədə məlumat yayıb.

"Bu il dekabrın 5-də Gürcüstan hökuməti tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana yanacağın birdəfəlik tranzitinin həyata keçirilməsi ilə bağlı sorğu alıb. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yolu QSC-yə dəmir yolu ilə yükü dərhal və birdəfəlik, tamamilə pulsuz həyata keçirmək tapşırılıb", - məlumatda deyilir.

Departament qeyd edib ki, Gürcüstan Ermənistan və Azərbaycanın strateji və etibarlı tərəfdaşı olub və qalır, regionda sülh və sabitliyi dəstəkləyir./publika.az


MANŞET XƏBƏRLƏRİ