BMT QAK Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin birinci ildönümü münasibətilə yazılı açıqlama yayıb.
Turkustan.az xəbər verir ki, bəyanatda Əsəd rejiminin devrilməsinin Suriyada sülh və sabitlik üçün fövqəladə bir ümid pəncərəsi açdığı, köçkün suriyalıların öz evlərinə qayıtmağa davam etdiyi vurğulanıb.Bəyanatda daha çox köçkün suriyalının geri qayıtmaq istəyinə işarə edilib və bunun Suriyanın bərpa prosesində kritik bir addım olduğu vurğulanıb.
Bəyanatda köçkün suriyalıların tarixi qayıdışının həm fürsətlər, həm də ani problemlər gətirdiyi vurğulanaraq, "Əsəd rejiminin devrilməsindən bir il sonra 3 milyondan çox köçkün suriyalı öz evlərinə qayıtdı. Bununla belə, bu tendensiyanın davam etdirilməsi və sabitliyin təmin edilməsi üçün təcili olaraq daha çox beynəlxalq dəstəyə ehtiyac var. 2024-cü ilin dekabr ayından bu yana 12 milyondan çox Suriyalı və qonşu ölkədən könüllü olaraq qayıtdı. 1,9 milyon məcburi köçkün öz doğma yurdlarına qayıdıb”.
Aytən Yaşar/ Turkustan.az