Ərdoğandan Suriya açıqlaması: "İnqilabın birinci ildönümünü təbrik edirəm"


Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin 1-ci ildönümü ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, prezident Ərdoğan sosial media hesabından paylaşdığı mesajda bu ifadələri işlədib:

“Sizi illərlə zülm, ağır xərclər, böyük iztirablar və müxtəlif məşəqqətlərdən sonra suriyalı qardaş və bacılarımızı azad edən 8 dekabr İnqilabının birinci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

Devrilmiş rejimin və terror təşkilatlarının hücumlarında şəhid olan qardaşlarımızı rəhmətlə yad edirəm.

8 dekabr Suriyanın Azadlıq Günü münasibəti ilə qardaş Suriya xalqına Türkiyənin ən səmimi salamlarını və sevgisini çatdırıram".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ