Azərbaycandan neft alınmasına İrəvandan İLK REAKSİYA


Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Gürcüstan üzərindən Azərbaycan neft məhsullarının ölkəyə daşınmasına münasibət bildirib.

Turkustan.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

O, Ermənistana neft daşınmasına görə ilk dəfə rüsum tutulmayacağını təsdiqləyib.

Nazirin sözlərinə görə, Tbilisi bu barədə rəsmi məlumat verib və qərar ilk daşınmaya şamil olunacaq: “Gürcüstan tərəfi mənə bununla bağlı bildirib və təsdiq edirəm ki, ilk dəfə heç bir ödəniş tələb olunmayacaq. Əgər belə tranzit baş tutsa, ilk mərhələdə rüsum tutulmayacaq. Sonrakı hallarda isə tranzit ödənişləri tətbiq ediləcək”, – deyə Papoyan qeyd edib.

O, Gürcüstan hökumətinin bu addımını “simvolik jest” adlandırıb. /modern.az/


MANŞET XƏBƏRLƏRİ