2024-cü ilin aprel ayının nəticələrinə görə “Instagram” sosial şəbəkəsi Azərbaycan istifadəçiləri arasında davamiyyətə görə birinci yerdədir.
Turkustan.az xəbər verir ki, bu barədə "Statcounter Global Stats" məlumat yayıb.
Statistikaya görə, bu ilin aprel ayında Azərbaycanda “Instagram”dan istifadə 32,48% təşkil edib.
Digər sosial şəbəkələrə girişlər aşağıdakı kimidir:
“Facebook” – 21,15%, “Pinterest” – 20,96%, “YouTube” – 12,6%, “X” (Twitter) – 8,29% və “LinkedIn” – 1,52%./Bizim.Media