Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO


“Lökbatanda yaşayıram bu yağışlardan sonra, biz pis günə qaldıq. Hər yer su, palçıq. Hələ həyətim qurumayıb”.

Bu sözləri APA TV-nin əməkdaşına Lökbatan sakini Tahirə xanım deyib.

Qeyd edək ki, Tahirə xanım hər yağış yağanda subasma ilə bağlı problemlər yaşayan minlərlə Bakı sakinindən biridir. Vətəndaş həyətinə yığılan yağış və qrunt sularının əlindən əziyyət çəkir.

O deyir ki, həyətə nə qədər torpaq tökdürsə də, subasmadan hələ də əziyyət çəkirlər:

“O vaxt burada ev tikməyə bələdiyyədən icazə verdilər. Heç demədilər ki, belə problemlər ola bilər. Bizə yalnız Bələdiyyə sənədi verilib, başqa heç nə yoxdur. Kanalizasiya xəttini də özümüz düzəltmişik”.

Bir daha diqqətinizə çatdıraq ki, bura paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsidir. Müxbir orada gördüklərini belə anladır:

“Biz hal-hazırda Lökbatan gölünün yaxınlığındayıq və nəzər yetirsək görə bilərik ki, burada düz gölün başlanğıc hissəsində, su hövzəsi qurudulub. Qurudulan ərazidə isə evlər tikiblər. Qurunt suları dəmir yolunun o biri tərəfinə keçib. Növbəti sakinin həyətinə daxil olmuşuq. Əməlli başlı bataqlıqdır. Bir gölməçədir. Evə daxil olmaq üçün gərək əllə düzülmüş daşların üzərindən keçib gedəsən”.

APA TV-nin bu mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ