May ayındakı yağıntılarla bağlı XƏBƏRDARLIQ – “Oyundur!”


Azərbaycanda son üç aydır, yağan intensiv yağış və bəzi bölgələrdə müşahidə olunan qar cəmiyyətdə narahatlıq yaradıb. Vətəndaşlar bu qədər yağıntının təsərrüfata və gündəlik həyata mənfi təsir göstərə biləcəyini düşünür. Xüsusilə kənd təsərrüfatı sahəsində mümkün fəsadlar müzakirə mövzusudur.

Normadan artıq yağıntı həqiqətən zərərlidirmi?

Globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov deyib ki, yağışın kənd təsərrüfatına heç bir ziyanı yoxdur, əksinə, müsbət haldır:

“Qışda yağış və qar yağmadı. Demək olar, çaylar da quruyub. Yağış isə torpağı nəmləndirdiyi üçün bitkilər yaxşı yetişəcək. Bəzilərinin verdiyi proqnozlara fikir vermək lazım deyil. Bu da bir oyundur! Kimsə yağışa görə məhsulların çürüyəcəyini desə, sabah işbazlar fürsətdən istifadə edərək, qiymətləri artıracaqlar”.

telman

Telman Zeynalov

Ekoloq yay aylarında havaların əvvəlki illərə nisbətən, sərin keçəcəyini bildirib:

“Biz soyuma dövrünə keçmişik. Yəni, 35-40 ildən bir havalar gah isinir, gah da əksi müşahidə olunur”.


MANŞET XƏBƏRLƏRİ