Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna müharibəsini bitirməyin Rusiya prezidenti Vladimir Putinin əlində olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Pistorius Berlində Böyük Britaniyanın müdafiə naziri Con Healey ilə birgə mətbuat konfransı keçirib.
Bir jurnalistin Ukrayna ilə bağlı sualını cavablandıran Pistorius, mövcud vəziyyəti proqnozlaşdırmağın çətin olduğuna diqqət çəkərək, Vaşinqtondan gələn reaksiyalardan danışıqda dəyişiklik gördüyünü vurğulayıb.
Pistorius isə bunun qalıcı olub-olmayacağının və nəticələrinin hələ də bəlli olmadığını ifadə edərək: "Yalnız bunu deyə bilərəm, müharibəni bitirmək Vladimir Putinin əlindədir. O, İstanbula gedib danışıqlar apara bilər. O, atəşkəs əmrini verə bilər" deyib.
Bununla belə, Pistorius bunların heç birinin baş vermədiyinə diqqət çəkib və Putinin “ABŞ prezidentini rinq ətrafında parad etməyə çalışdığı təəssüratı yarada biləcəyini” şərh edib.
Bunun Trampın xoşuna gəlməyəcəyinə əmin olduğunu bildirən Pistorius bunun izlənilən yolda və davranışda dəyişikliklərə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Aytən Yaşar/ Turkustan.az