Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinə yeni üzv təyin edilib.
Turkustan.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Elnur Vaqif oğlu Çıraqov STM-in İdarə Heyətinin üzvü olub.
Qeyd edək ki, Elnur Çıraqov 1987-ci ildə Kəlbəcər rayonunda anadan olub.
2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində inzibati idarəetmə istiqamətində bakalavr təhsili alıb. Daha sonra Türkiyə Respublikasında Ankara Universitetinin Sosial Elmlər İnstitutunda magistratura, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda isə doktorantura təhsilini başa vurub.
2015-2019-cu illərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışıb. 2019-cu ildən etibarən Sosial Tədqiqatlar Mərkəzində Sosial-iqtisadi təhlil departamentində aparıcı məsləhətçi, 2022-ci ilin fevral ayından baş məsləhətçi, 2022-ci ilin iyul ayından isə İctimai rəyin öyrənilməsi departamentinin müdiri vəzifələrində fəaliyyət göstərib.
Müxtəlif analitik təhlillərin, elmi araşdırmaların və məqalələrin müəllifidir.