Qızıl bazarında saxta məhsullar satılır - İDDİA - VİDEO


Son vaxtlar zərgərlik bazarında saxta məhsulların satılması ilə bağlı iddialar artıb.

Turkustan.az xəbər verir ki, bu isə sadə vətəndaşlar arasında ciddi narahatlığa səbəb olur.

Çünki qızılın saxta olub-olmadığını adi gözlə müəyyənləşdirmək mümkün deyil.

"Beş qramlıq qızıl almışdım, amma içindəki qızıl deyilmiş", - deyə sakinlərdən biri bildirib.

Başqa bir sakin isə deyib: "Aldığım qızılı yoxlatdırdım, sən demə, keyfiyyəti yaxşı deyilmiş".

Qanunvericiliyə görə, pərakəndə ticarət obyektlərindən alınan qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar dəyişdirilmir.

Həmçinin ölkə başçısının 2025-ci il 12 fevral tarixli 327 nömrəli Fərmanına əsasən, sözügedən sahədə dövlət nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə həvalə edilib.

Qurumdan bildirilib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna əsasən, ölkə ərazisində bu sahədə aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb.

Ətraflı Baku TV-nin süjetində:


MANŞET XƏBƏRLƏRİ