Rusiyanın TASS xəbər agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, Ukrayna ilə Rusiya arasında danışıqlar logistik səbəblərə görə cümə axşamı keçirilə bilməyib.
Turkustan.az xəbər verir ki, Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinski bu gün saat 10:00-da Ukrayna tərəfini gözləyəcəklərini bildirib.
Vladimir Medinski xarici işlər naziri Hakan Fidan ilə məhsuldar görüş keçirdiklərini bildirib.
Medinski İstanbulda Prezident Dolmabahçe Ofisində xarici işlər naziri Fidan ilə görüşdükdən sonra jurnalistlərə açıqlama verib.
Rusiya nümayəndə heyətinin Rusiya prezidenti Putinin göstərişi ilə Ukrayna ilə ilkin şərt olmadan birbaşa ikitərəfli danışıqlar aparmaq üçün İstanbula gəldiyini bildirən Medinski: “Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə məhsuldar görüş keçirdik və mövqeyimizi ətraflı izah etdik” deyib.
Aytən Yaşar/ Turkustan.az