Ukraynanın daha bir F-16-sı vuruldu


Ukrayna Hərbi Hava Qüvvələri F-16 qırıcısını itirib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Teleqram kanalında məlumat yayılıb.

“16 may 2025-ci il, təxminən saat 03:30-da F-16 qırıcısı ilə əlaqə kəsilib. Ukrayna qırıcısı hava hücumunu dəf etmək üçün tapşırıqları yerinə yetirərkən təyyarədə gözlənilməz vəziyyət yaranıb. Pilot təyyarəni məskunlaşma ərazilərindən uzaqlaşdırıb və uğurla katapult edə bilib”, - məlumatda bildirilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ