Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşəcək


Xarici işlər naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə bu gün axşam saatlarında Prezident Dolmabahçe ofisində görüşəcək.

Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçelinin verdiyi yazılı açıqlamaya görə, Fidan Rusiya prezidenti Putinin müşaviri Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti ilə görüşəcək.

Medinskinin başçılıq etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargah Baş İdarəsinin rəisi İqor Kostyukov, müdafiə nazirinin müavini Aleksandr Fomin və ekspertlərin daxil olacağı gözlənilir.

Bildirək ki, Rusiya prezidenti Putin mayın 11-də İstanbulda 3 il əvvəl kəsilən birbaşa danışıqların mayın 15-də heç bir şərt olmadan yenidən başlaması təklifini gündəmə gətirib və prezident Rəcəb Tayyib Ərdoğandan onları qəbul etməyi xahiş edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ