İsrailin iştirakı tənqid hədəfinə çevrilib və 69-cu Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalında çıxış etmək növbəsi İsrailə çatanda canlı yayım ekranlarında heç bir tamaşaçı göstərilməyib, yalnız müğənni Yuval Rafaelin səsi verilib.
Turkustan.az xəbər verir ki, 16 ölkənin səhnəyə çıxdığı ikinci yarımfinalda Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta və Yunanıstan böyük finala yüksəlib, Avstraliya, Monteneqro, İrlandiya, Latviya, Gürcüstan, Çexiya və Serbiya isə yarışla vidalaşıb.
Mayın 17-də Eurovision Mahnı Müsabiqəsinin möhtəşəm finalı baş tutacaq.
Aytən Yaşar/ Turkustan.az