Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İstanbulda keçirilməsi planlaşdırılan atəşkəs danışıqları ilə bağlı açıqlamasında Ukrayna prezidenti Vladimir Zelenski haqqında sərt ifadələr işlədib.
Turkustan.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında bu gün keçirilməsi planlaşdırılan atəşkəs danışıqları üçün Ukrayna nümayəndə heyəti hələ də İstanbula ayaq basmayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı sərt ifadələr işlətməklə məsələ ilə bağlı açıqlama verib. "Zelenski Putinin şəxsən gəlməsini tələb edən bəzi açıqlamalar verdi. Bu, yazıq adamdır".
Lavrov 2022-ci ildə İstanbulda başa çatan Rusiya-Ukrayna danışıqlarına görə Britaniyanı məsuliyyət daşıyaraq: "İngilislər Zelenskiyə dünya siyasətinin cəngəlliyində bələdçi kimi yol göstərirlər. Berlinin, Parisin, Brüsselin və xüsusilə Londonun Ukraynada sülh istəməsinə dair heç bir əlamət yoxdur. Əksinə, istəmədiklərinə dair kifayət qədər sübutlar var"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az