Rusiya Xarici İşlər Nazirliyi Çin Xarici İşlər Nazirliyinin Ukrayna, Avropa və ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəsi dəstəklədiyinə dair xəbərləri saxta adlandırıb.
Turkustan.az xəbər verir ki, bu barədə diplomatik idarənin bəyanatında deyilir.
"Bir sıra Telegram kanalları Çin Xarici İşlər Nazirliyinin guya Ukrayna, Avropa və ABŞ tərəfindən təklif olunan 30 günlük atəşkəs rejimini dəstəklədiyi barədə qəsdən yalan məlumatlar yayır. Bu saxta informasiya sahəsinə Ukraynanın "Ukrinform" təbliğat resursu tərəfindən atılıb. Çin tərəfi Ukrayna böhranı ilə bağlı mayın 12-də keçirdiyi brifinqdə belə bir söz deyilməyib”-deyə, diplomatik agentlik qeyd edib.
Aytən Yaşar/ Turkustan.az