ABŞ administrasiyası Amerika lideri Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında şəxsi görüşün çox yaxın vaxtlarda baş tutacağını gözləyir.
Turkustan.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastyan Qorka deyib.
Politico qəzetinin beynəlxalq təhlükəsizlik mövzusunda təşkil etdiyi konfransda o deyib: "Sazişlərin hamısı zamanla bağlıdır. Vaxt uyğun olanda ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə eyni otaqda olacaq və mən bunun tezliklə baş verəcəyini gözləyirəm".
Aytən Yaşar/ Turkustan.az