“30 günlük atəşkəs Ukrayna ordusunun silahlanmasına və münaqişənin yeni mərhələyə keçməsinə şərait yaradacaq”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.
Onun sözlərinə görə, bu, sülhə doğru addım deyil.
“Rusiya və Ukraynanın danışıqlar qruplarının münaqişəyə son qoymaq məqsədi ilə sənəd hazırlaya bilər”, – Miroşnik əlavə edib.
Qeyd edək ki, İstanbul danışıqları mayın 16-da başlayacaq./Globalinfo.az