Paşinyanın müsahibəsində Azərbaycanı qane etməyən MƏQAMLAR - VİDEO


Ermənistanın baş naziri Nikol Paşinyan Albaniyada Azərbaycanın İctimai Televiziyasının (İTV) suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını baş nazir belə cavablandırıb:

"Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Konstitusiyamızı təhlil etmişik. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır".

Qeyd edək ki, beynəlxalq hüquq mütəxəssisləri hesab edirlər ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qara hərflərlə yazılıb.

Daha ətraflı süjetdə:

/Oxu.Az/


MANŞET XƏBƏRLƏRİ