İsrail Suriya rəsmiləri ilə birbaşa və dolayı danışıqlar aparır.
Turkustan.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.,
Danışıqların artıq iki raundunun keçirildiyi bildirilir. Onlardan birinin Azərbaycanda baş tutduğu iddia edilir. Məlumata görə, Bakıdakı danışıqlarda İsraili Müdafiə Qüvvələrinin Əməliyyat İdarəsinin rəisi general-mayor Oded Basiuk təmsil edib. Görüşdə Suriya hökuməti və Türkiyə nümayəndələri də iştirak edib.
Mənbələrin bildirdiyinə görə, İsrail-Suriya danışıqları hazırda Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyilə davam etdirilir. Bu danışıqlarda Dəməşqin “İbrahim razılaşmaları”na mümkün qoşulması məsələsi müzakirə olunur.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ər-Riyadda keçirdiyi görüş zamanı birbaşa olaraq Suriya prezidenti Əhməd əl-Şaraanı bu sazişlərə qoşulmağa dəvət edib. Daha sonra o, jurnalistlərə deyib: “Mən əş-Şaraya vəziyyət sabitləşən kimi ona qoşulacağınıza ümid edirəm dedim”. O, “bəli” cavabını verdi. Amma onların hələ çox işi var”.
Kanal 12 qeyd edir ki, İsrail hazırda Suriyanın İranın təsir dairəsindən çıxması perspektivini və ABŞ-la mümkün yaxınlaşmanı müzakirə edir.
İsrail mənbələri bildirir ki, Ankara yeni danışıqlarda iştirak etdiyi üçün bu inkişafın İsraillə Türkiyə arasındakı münasibətlərə də müsbət təsir göstərə biləcıyi mümkündür./modern.az