İsrail mediası xəbər verir ki, baş nazir Benyamin Netanyahu müxtəlif mövzularda son açıqlamaları və mövqeyinə görə ABŞ prezidenti Donald Trampa qarşı çıxmaq üçün komanda formalaşdırır.
Turkustan.az xəbər verir ki, Netanyahu və kabinet nazirləri Trampın HƏMAS ilə birbaşa dialoq qurmaq, husilərlə atəşkəs sazişi imzalamaq, Suriya prezidenti Əhməd Şəra ilə görüşmək, Suriyaya qarşı sanksiyaların ləğvi və İranla danışıqlar kimi bir çox qərarlarından narazılıqlarına baxmayaraq, onu tənqid etməkdən çəkinirlər.
“Yisrael Hayom” qəzeti yazıb ki, Netanyahu “Trampla qarşıdurmaya hazırlaşır və ABŞ prezidentinin fundamental zəif nöqtəsini müəyyən etməyə çalışır”.
Aytən Yaşar/ Turkustan.az