Azərbaycanda kişilərə şad xəbər – Ödənişli məzuniyyət verilir


200-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, artıq 103 işəgötürən tərəfindən ümumilikdə 213 işçiyə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib:

“Bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir.İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində elektron qaydada rəsmiləşdirilir”.

Qeyd edək ki, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət hüququnun verilməsidir.


MANŞET XƏBƏRLƏRİ