Şoyqunun Bakıya gözlənilməz səfəri: Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi və... - AÇIQLAMA


Dünən Tehranda səfərdə olan Rusiyanın keçmiş müdafiə naziri, hal-hazırda Rusiya təhlükəsizlik şurasının katibi olan Sergey Şoyqu bu gün Bakıya səfər edib.

Şoyqunun gözlənilmədən Bakıya gəlməsinin səbəbi nədir?

Mövzu ilə bağlə politoloq Tural İsmayılov Turkustan.az-ın suallarını cavablandırıb.

Politoloq bildirib ki, “nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya arasında münasibətlər müxtəlif formalarda davam edir. Rusiya məmurlarının da Azərbaycana səfəri birinci dəfə deyil ki, baş verib. Şoyqu Rusiyanın keçmiş müdafiə naziridir, eyni zamanda hazırda Rusiya təhlükəsizlik şurasının katibidir. O, baxımdan da belə bir önəmli, Rusiya ictimai siyasi həyatında rol oynayan şəxsin ölkəmizə səfəri Azərbaycana verilən dəyər və eyni zamanda ölkəmizə göstərilən yüksək qiyməti nümayiş etdirir. Hər halda səfər çərçivəsində daha çox Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi, indiki gedişatı və digər məsələlər müzakirə ediləcək. Eyni zamanda təbii ki, Şoyqunun səfəri fonunda beynəlxalq münasibətlər ilə bağlı, regionla bağlı məsələlərin də müzakirə ediləcəyini düşünürəm.

Azərbaycanla Rusiya arasında kifayət qədər yaxşı qonşuluq və dövlətlərarası dostluq münasibətlər var. Şoyqunun Bakıya səfəri kontekstində belə müzakirələrin iki ölkə arasındakı yoldaşlığın, dostluğun davam etdirilməsi məsələləri və həmçinin digər nüansların müzakirə ediləcəyini düşünürəm”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ