"Bu məsələni bağlamağa çağırırıq" – Zaxarovadan Bakı və İrəvana mesaj


"Moskva Bakı və İrəvanı "hamının hamıya" prinsipi əsasında saxlanılan şəxsləri geri qaytarmağa çağırır".

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Vurğulamaq istərdim ki, Rusiya bu xarakterli humanitar məsələlər ətrafında heç bir geosiyasi və digər oyunları sevmir. Moskva ardıcıl olaraq Bakı və İrəvanı bu məsələni nəhayət bağlamağa, saxlanılanları "hamının hamıya" düsturu ilə qaytarmağa çağırır", - Zaxarova bildirib.

O, həmçinin qeyd edib ki, 2020-ci ilin payızında silahlı qarşıdurma başa çatdıqdan sonra Rusiyanın birbaşa dəstəyi ilə 128-i Ermənistan tərəfinə, 19-u Azərbaycan tərəfinə olmaqla ümumilikdə 147 əsir geri qaytarılıb. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ