Hikmət Babaoğlu: "2027-ci ilin büdcəsində mediaya ayrılan pul çox azdır"


“Mediaya ayrılan pul çox azdır”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziya yayımıdır: “Gələn il üçün mediaya ayrılan məbləğ 68 milyon 369 min manatdır. Ötən illə müqayisədə məbləğ xeyli azalıb”.

APA


MANŞET XƏBƏRLƏRİ