Bolqarıstan sahillərində batan Somali bayrağı altında üzən “BETUL 8” yük gəmisinin bütün 12 ekipaj üzvü xilas edilib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, xilas edilənlərdən 4-ü Azərbaycan, 8-i isə Türkiyə vətəndaşıdır.
İlkin ehtimala görə, gəminin batmasına partlayış səbəb ola bilər.
***
14:30
Qara dənizdə Bolqarıstanın iqtisadi zonasına daxil olan ərazidə Somali bayrağı altında üzən yük gəmisi batır.
Bu barədə “Reuters“ Bolqarıstan Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu gün Bolqarıstan 12 nəfərlik heyəti olan gəmidən kömək siqnalı alıb. Gəmi Rumıniyadan Misirə üç ton həcmində buğda daşıyırmış.
Hadisə yerinə Bolqarıstana məxsus iki, həmçinin Rumıniya və Türkiyəyə məxsus bir gəmi göndərilib. Gəmi heyətinin olduğu yer barədə hələlik məlumat yoxdur.
Gəminin batmasının səbəbi dəqiqləşdirilir./APA