Artan inflyasiya narahatlıqları və faiz dərəcələrinin uzun müddət yüksək qalacağına dair gözləntilər kriptovalyuta bazarına mənfi təsir göstərib.
Turkustan.az xəbər verir ki, bitkoinin qiyməti yenidən 65 min dollardan aşağı düşüb.
"CoinMarketCap" analitik şirkətinin məlumatına görə, bitkoin də daxil olmaqla, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması təxminən 2,2 trilyon dollara enib.
Bazar kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutası olan bitkoin kəskin satışlar fonunda həftəsonu 62 min dollara qədər ucuzlaşıb. Bu, iyulun əvvəlindən bəri qeydə alınan ən aşağı qiymət olub.
Saat 10:50-yə olan məlumata görə, bitkoin həftəlik təxminən 13 faiz dəyər itirərək 64 984 dollara satılıb. Kriptovalyutanın qiyməti 2025-ci ilin oktyabrında qeydə alınan 126 min dollarlıq rekord göstərici ilə müqayisədə təxminən 50 faiz aşağı düşüb.
Bitkoinin bazar kapitallaşması hazırda 1,3 trilyon dollar təşkil edir. Kriptovalyutanın dəyər itkisi bu il təxminən 25 faizə yaxınlaşıb. Ötən il isə onun qiymətində 6 faizlik azalma qeydə alınıb.
Bununla belə, son 10 ildə bitkoinin dəyəri təxminən 8600 faiz artıb.
Aytən Yaşar/ Turkustan.az