Aviqdor Liberman İsrail parlamentinin yeni spikeri oldu


İsrailin "Yedioth Ahronoth" qəzetinin məlumatına görə, müxalifət blokuna daxil olan "Bizim Evimiz İsrail" partiyasının lideri və keçmiş müdafiə naziri Aviqdor Liberman İsrail parlamenti (Knesset) Xarici İşlər və Təhlükəsizlik Komitəsinin sədri təyin edilib.

Turkustan.az xəbər verir ki, nəşr bildirir ki, Knessetin Təşkilat Komitəsi spikerin doqquz müvəqqəti müavininin təyinatını müzakirə etmək üçün iclas keçirib. İclasda həm müxalifətdəki "Dəyişiklik Bloku", həm də "Netanyahu Bloku"nun üzvlərindən ibarət doqquz sədr müavininin seçilməsi nəzərdən keçirilib.

Məlumata əsasən, sədr müavinləri arasında ərəb əsilli İsrail vətəndaşlarını təmsil edən "Raam" partiyasının nümayəndəsinin və "Birgə Siyahı" blokundan Əhməd Tibinin də yer alacağı qeyd olunub. Həmçinin komitə iclasında Aviqdor Libermanın Xarici İşlər və Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyinatı rəsmən təsdiqlənib.

Aviqdor Liberman İsrail Knessetinin yeni spikeri oldu.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ