Əlavə neft gəlirləri niyə dərhal xərclənmir? - komitə sədri cavabladı


Neftin qiymətinin yüksəlməsi hesabına əldə olunan əlavə gəlirlərlə daimi xərc öhdəlikləri yaratmaq düzgün yanaşma deyil.

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.

O qeyd edib ki, büdcə gəlirləri baxımından əlverişli görünən bazar şəraiti hər an dəyişə bilər. Buna görə də yüksək gəlirlər dövründə bütün əlavə resursların xərclənməsi sonradan maliyyə riskləri yarada bilər.

Komitə sədrinin sözlərinə görə, gələn ilin büdcəsində neftin bir barrelinin orta illik qiyməti 65 dollar götürülüb. O, bu göstəricini ehtiyatlı büdcə planlaşdırılması üçün əsaslı hesab edib./modern.az


MANŞET XƏBƏRLƏRİ