Telefon danışığı kimin təşəbbüsü ilə olub?


Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı səmimi və mənalı keçib.

Turkustan.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bilirsiniz ki, səhər Prezident Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Çox səmimi, çox məzmunlu telefon danışığı", - deyə Peskov jurnalistlərə bildirib.

Mətbuat katibi jurnalistlərin xahişinə cavab olaraq Rusiya Federasiyası və Azərbaycan liderləri arasında telefon danışığının kimin təşəbbüsü ilə baş tutduğunu aydınlaşdıracağına söz verib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatında telefon zəngi təşəbbüsünün Prezidenti Vladimir Putinə məxsus olduğu qeyd olunub. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ