Ermənistanın yeni parlamenti toplaşdı – Bakının TƏK gözləntisi


Avqustun 2-də Ermənistan parlamenti təzə tərkibdə ilk iclası olub. Diqqətçəkicidir ki, Ermənistanın “müstəqillik” tarixində ilk dəfə olaraq, açılış iclasına “xeyir-dua” vermək üçün bütün ermənilərin katolikosu II Qareginin dəvət olunmamasıdır (Yeni ildə onun dövlət TV-də təbrik çıxışına da icazə verilməmişdi). Buna etiraz olaraq revanşist deputatlar katolikosu tələb ediblər və andiçmə mərasiminə qatılmaqdan imtina ediblər.

Qeyd edək ki, Ermənistan konstitusiyasına görə (18-ci maddə), xalqın milli kimliyi, dili və mədəniyyətinin qorunmasında kilsəyə “müstəsna missiya” tanınır. Əslində isə bu, ona elə ölkənin ictimai-siyasi həyatında söz sahibliyi tanımaq deməkdir. Türk düşmənçiliyin əsas ideoloji qaynağı olan Erməni Apostol Kilsəsi də bundan həmişə məharətlə istifadə edib. Xüsusilə gənclərin beynini daim Türkə nifrətlə doldurub və doldurmaqdadır.

Qalib gələn Paşinyan parlamentə bu xəritə ilə çıxdı – FOTO - Globalinfo.az

Bu isə Baş nazir Paşinyanın və onun hökumətinin yaxın dövr üçün elan elədiyi “yol xəritəsi”nə, prioritetlərə, ən əvvəl də Bakı və Ankara ilə yaxınlaşmaq, Moskvanın vassallığından isə uzaqlaşmaq prosesinin mahiyyətinə daban-dabana ziddir. Parlamentin yeni tərkibi əvvəlkindən əsas nə ilə fərqlənəcək? Rusiya Paşinyanı təbrik etmədi, təzə parlamentin legitimliyini necə, tanıyacaqmı? Bakının və Ankaranın əsas gözləntisi nədir?

Siyasi şərhçi Xəyal Bəşirov katolikosun parlamentə dəvət olunmamasını 2018-ci ildən başlanan konfliktin zirvə nöqtəsi kimi qiymətləndirir. Onun sözlərinə görə, Paşinyanla II Qaregin, bütövlükdə isə kilsə arasında intriqa təxminən 8 ildir ki, davam edir: "Paşinyan açıq bəyan edib ki, kilsə dövlətin siyasətinə qarışmamalıdır. Üstəlik, kilsə xadimlərinin bəzilərini agent adlandırıb və xarici kəşfiyyatın təsiri altında olduğunu deyərək Rusiyaya eyham vurub. Son proseslərdə bir neçə din xadimi həbs olunub. Ən nəhayət, baş nazir katolikosu gizli şəkildə evlənməkdə və övlad sahibi olmaqda, əxlaqsızlıqda ittiham edib. Bütün bu baş verənlərdən sonra katolikosun parlamentə dəvət olunmaması təəccüblü hal deyil. Eyni zamanda, Ermənistanın yeni modelə keçidinin, kilsənin təsirlərinin azalmasının göstəricisidir. Buna pozitiv fakt kimi baxmaq lazımdır. Çünki kilsə həmişə revanşa, qan-qaydaya çağırıb".

X.Bəşirovun fikrincə, buna görə müxalif deputatların parlamentin iclasını boykot etməsi nəticəni dəyişməyəcək.

Xəyal Bəşirov: BBC kimi ermənipərəst bir media qurumunun bu addımları  hazırkı məqamda heç də təsadüfi deyil - AZƏRTAC

"Parlamentdə üstünlük iqtidar partiyasındadır və müxalifətin davranışları icasların işinə təsir etməyəcək. Amma bu parlament olduqca gərgin iclaslarla, hər dəfə müxtəlif qarşıdurmalarla yadda qalacaq. Müxalifət hakimiyyətin Rusiya və Avrasiya İqtisadi Birliyi ilə bağlı siyasətini kəskin tənqid edəcək, konstitusiya müzakirələri qızğın keçəcək, amma Paşinyanın mövqeyi əvvəlki dövrlə müqayisədə xeyli güclənib. Zənnimcə, Azərbaycanla sülh sənədini imzalamaq üçün parlamentdə konstitusion üstünlük qazanmağa cəhd olacaq, yəni müxalif deputatlardan bəzilərini razı salmağa çalışacaqlar. Əgər bu cəhdlər alınmasa, 300 min imza toplamaqla referendum qərarı verilə bilər. Amma bu addımlar ilin sonuna qədər olmayacaq", - deyə siyasi şərhçi vurğulayıb. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ