Erməni “lider” Bakıya hansı məlumatları ötürüb? – İrəvanda rezonans doğuran xəbər


2023-cü ilin sentyabr ayında Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni iddialar müzakirələrə səbəb olub. Minval.az-ın araşdırmasına əsasən, qondarma rejimin son “prezidenti” Samvel Şahramanyanın əməliyyatlar zamanı Azərbaycan tərəfinə gizli məlumatlar ötürdüyü iddia edilir.

Həmçinin 44 günlük müharibə zamanı da Ermənistan tərəfindən bəzi şəxslərin Azərbaycana məlumatlar ötürdüyünə dair fikirlər səsləndirilirdi. Şahramanyanla bağlı iddia bu məsələni yeni gündəmə gətirib.

Şahramanyan bu prosesdə tək olub, yoxsa məhz separatçı düşərgədə Bakıya məlumat ötürən başqa tanınmış fiqurlar da vardı?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu, kifayət qədər ciddi məsələdir:

“Səslənən iddialar təkcə Cənubi Qafqaz regionu, yaxud Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi üçün geosiyasi əhəmiyyət daşımır. Bu, həm də Ermənistan üçün milli təhlükəsizlik məsələsinə çevrilə bilər. Həmçinin ölkənin daxili siyasi vəziyyətinə ciddi təsir göstərə biləcək bir mövzudur. Amma mən deyilənlərin həqiqət olduğunu düşünmürəm.

Erməni "lider" Bakıya hansı məlumatları ötürüb? - İrəvanda rezonans doğuran xəbər
Kənan Novruzov

Casusluqdan isə ümumiyyətlə söhbət gedə bilməz. Əgər onlar reallığı anlayıb Azərbaycanla hansısa məqamda əməkdaşlıq ediblərsə, bunu daha çox öz maraqları naminə ediblər. Bakıda məhkəməsi davam edən separatçılar arasında da belələri varsa, yəqin ki, bu, məhkəmənin yekun rəyində nəzərə alınacaq”.


MANŞET XƏBƏRLƏRİ