Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov - SİYAHIDA DAHA KİMLƏR VAR?


Hazırda Azərbaycanın ən stajlı deputatı kimdir?

“Yeni Sabah” bununla bağlı araşdırma aparıb.

Rekord Eldar İbrahimovdadır

Məlum olub ki, Milli Məclisdə ən çox təcrübəyə malik siyasətçi qurumun İntizam Komissiyasının sədri Eldar İbrahimovdur. O, Parlament prospektində yerləşən əzəmətli binaya ilk dəfə 1990-cı ildə ayaq basıb. Həmin il Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilib. E.İbrahimov 4 saylı Naxçıvan şəhər Seçki Dairəsindən deputat seçilib.

O, 1995, 2000, 2005, 2010, 2015, 2020 və 2024-cü ildə Milli Məclisə keçirilən seçkilərdə yenidən mandat qazanıb. E.İbrahimov 35 ildir parlamentdə oturur.

Staja görə E.İbrahimovdan sonrakı yerləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, deputatlar İmamverdi İsmayılov və Mixail Zabelin tutur. Onlar ilk dəfə 1995-ci ildə parlamentə birinci çağırış seçkilərində deputat seçiliblər. Z.Əsgərov, İ.İsmayılov və M.Zabelin 30 ildir deputatdır.

Deputat Mübariz Qurbanlı da ilk dəfə 1995-ci ildə mandat əldə edib. Amma 2014-cü il iyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunması ilə əlaqədar beşinci (2015) və altıncı çağırış (2020) Milli Məclisə seçkilərdə iştirak etməyib. O, 2024-cü ildə yenidən deputat olub. M.Qurbanlı 20 illik deputat stajına malikdir.

Parlamentdə 25 illik staja malik deputatlar:

Asim Mollazadə

Fəzail İbrahimli

Rafael Hüseynov

Məlahət İbrahimqızı

Aydın Mirzəzadə

Səttar Möhbalıyev

Siyavuş Novruzov

Zahid Oruc

Tahir Rzayev

Bəxtiyar Əliyev

Əli Hüseynli

Elman Məmmədov

Səməd Seyidov

Yuxarıda adları çəkilən siyasətçilərin hamısı 2000-ci ildə keçirilən ikinci çağırış parlament seçkilərində deputat seçiliblər.

Ziyad Səmədzadə də 25 illik deputat təcrübəsinə malikdir. O, 1990-cı ildə Ali Sovetə seçilib. İki çağırışdan sonra - 2005-ci ildə yenidən parlamentə qayıdıb.

2005-ci ildə ilk dəfə qanunverici orqana seçilən və 20 ildir mandat daşıyan deputalar da var. Onların siyasısı aşağıdakı kimidir:

Novruzəli Aslanov

Sabir Hacıyev

Azay Quliyev

Eldar Quliyev

Musa Quliyev

Ülvi Quliyev

Fazil Mustafa

İlham Məmmədov

Əli Məsimli

Aqil Abbas

Cavanşir Paşazadə

Azər Kərimli

Jalə Əliyeva

Qeyd edək ki, Milli Məclisə təkrar deputat seçilməklə bağlı hər hansı məhdudiyyət yoxdur. Qanunvericiliyin tələblərinə uyğun gələn, sağlamlıq vəziyyəti imkan verən və seçicilər tərəfindən etimad qazanan şəxslər dəfələrlə deputatlığa namizəd ola bilərlər.


MANŞET XƏBƏRLƏRİ