Rusiya baş nazirinin müavininin Azərbaycana səfəri LƏĞV EDİLDİ


Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunub.

Turkustan.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qrşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsidir.

Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür. /modern.az/


MANŞET XƏBƏRLƏRİ