Son zamanlar Rusiya tərəfindən Azərbaycana qarşı müxtəlif formada təxribatçı hərəkətlər davam etməkdədir. Sonuncu – Yekaterinburqda azərbaycanlıların evlərinə hüquq-mühafizə orqanları əməkdaşlarının silahlı hücumu, 2 nəfərin öldürülməsi və kütləvi sorakılıqla həbslərlə müşayiət olunan xaotik hərəkətlər də bu siyasətin davamıdır.
Turkustan.az xəbər verir ki, bu gün 22 fevral 2022-ci il tarixdə Moskvada iki ölkənin prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” tamamilə ziddiyət təşkil edir.
Sözügedən bəyannamənin konkret iki bəndində Yekatrinburqda Rusiya hüquq-mühafizə orqanları tərəfindən törədilmiş zorakılığı istisna edir.
Bəyannamənin 7 və 40-cı bəndlərini təqdim edirik:
7. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar.
40. Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər…
Bəyannamənin TAM MƏTNİ: https://president.az/az/articles/view/55498
Turkustan.az