Komitə sədri qocaman jurnalistə təbrik məktubu ünvanlayıb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qədir Aslanı 80 illik yubileyi ilə bağlı təbrik edib. Təbrik məktubunda deyilir:

"Hörmətli Qədir müəllim,
Sizi - tanınmış jurnalisti 80 illik yubileyinizlə bağlı təbrik edir, sizə möhkəm can sağlığı diləyirəm!
Siz Azərbaycan Dövlət Universitetinin (BDU-nun) Jurnalistika fakültəsini bitirmisiniz. Bakıda təhsilinizi başa vurduqdan sonra doğma Göyçəyə qayıdıb, Basarkeçərdə yayınlanan “Bolluq uğrunda” qəzetində çalışmağa başlamış, 20 il həmin qəzetin məsul katibi olmusunuz.
1988-ci ildə dədə-baba yurdumuz Göyçəni tərk etməyə məcbur qaldıqdan sonra Bakı şəhərində yaşayıb-yaratmış, müxtəlif mətbu orqanlarda çalışmış, öz məhsuldar əməyinizlə seçilmisiniz. Artıq 24 ildir “Respublika” qəzetinin Diaspor şöbəsinin müdirisiniz.
Sizin “Göyçə şəhidləri”, “Qədim Oğuz yurdunun Milli Qəhrəmanları”, “XX əsrin Koroğlusu”, “Goranboy qartalları” – ümumilikdə 10-dan çox kitabınız gün üzü görüb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncam əsasında Əməkdar jurnalist fəxri adına layiq görülmüsünüz.
Sizi yubileyiniz və yaradıcılıq uğurlarınızla bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm"!


MANŞET XƏBƏRLƏRİ