Ukrayna Üçüncü Ordu Korpusu Donetsk vilayətinin şimalında həyata keçirdiyi “Vivaldi” hücumunun ilk iki mərhələsini başa çatdırıb.
Turkustan.az xəbər verir ki, korpus əməliyyat nəticəsində 125 kvadratkilometr ərazinin nəzarətə götürüldüyünü açıqlayıb.
Ukrayna tərəfinin məlumatına görə, döyüşlərdə Rusiya qüvvələrinin 3 mindən çox hərbçisi itki verib. Əməliyyatın ilk mərhələsində 85 kvadratkilometr əraziyə nəzarət bərpa edilib.
Korpus bildirib ki, əməliyyat zamanı Rusiya ordusunun 20-ci və 25-ci ordularının bölmələrinə ciddi zərər vurulub. Ukrayna qüvvələri həmçinin qarşı tərəfin logistika xətlərinə zərbələr endirib və nəticədə Rusiyanın bəzi yanacaq anbarlarını Voronej vilayətinə köçürdüyü qeyd olunub.
Ukrayna ordusu döyüşlərdə 12 mindən çox pilotsuz uçuş aparatı, yüzlərlə zirehli texnika, artilleriya sistemi və nəqliyyat vasitəsinin məhv edildiyini də iddia edib.
Üçüncü Ordu Korpusu hava vasitələri ilə yanaşı, pilotsuz quru nəqliyyat vasitələrindən də istifadə etdiyini və bunu həyata keçirən ilk hərbi birlik olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az