"Ali Baş Komandan qətiyyətli qərarları ilə 35 illik separatizmə son qoydu" - Millət vəkili


“Bu gün Azərbaycan dövləti 44 günlük Vətən müharibəsindəki qalibiyyətin davamını və son nöqtəsini qoymaqda, 35 illik separatçılık hərəkatının nəfəsini kəsməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa müraciətində yeni mənzərəni bütün dünyaya bəyan etdi”.

Bu sözləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov Prezidentin müraciətinə münasibət bildirərkən söyləyib.

Millət vəkili bildirib ki, bu müraciət təkcə, Azərbaycan xalqına yox, ermənilərə və bütün dünyaya idi: “Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük infrastruktur layihələri həyata keçirir. Cənab Prezident bu haqda çıxışında bildirdi. “Biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik. Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq. Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq”. Ölkə rəhbərinin qeyd etdiyi kimi Azərbaycan quruculuq, abadlıq, rifah tərəfdarıdır. Azərbaycanın yaratdığı bu imkanlardan erməni əhali də yararlana bilər. Onlar bu fürsəti qiymətləndirməlidir. Azərbaycan qanunlarına tabe olaraq, Azərbaycan vətəndaşlığınə qəbul edərək dinc, yanaşı yaşamağı qəbul etməlidirlər. Bunu etməyənlər isə dünyanın istədiklərinə yerinə çıxıb gedə bilərlər”.

A.Məmmədovun sözlərinə görə local antiterror tədbirləri ilə Azərbaycan ordusu çox qısa vaxtda Azərbaycanın suvern ərazilərində özünün sərbəst hərəkət imkanlarını, həmçinin, separatçı rejimin silaı yerə qoyaraq təsil olmasını təmin etdi: “Baxmayaraq ki, 44 günlükm müharibənin nəticəsi olaraq Ermənistan öz ordusunu Azərbaycan ərazisindən çıxarmalı idi. Amma, ötən 3 il müddətində onlar yenidən bölgədə möhkəmlənmək, Azərbaycana qarşı mina terror həyata keçirmək xətti tutdular. Bunun bir sonu olmalı idi. Ali Baş Komandan İlham Əliyev qətiyyətli qərarları ilə 35 illik separatizmə son qoydu. Hesab edirəm ki, 20 sentyabr müasir tariximizə qızıl həfrlərlə yazılacaq”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ