MEDİA-nın İcraçı direktorunun müavini təyin olunan Natiq Məmmədli KİMDİR? – DOSYE


Xəbər verdiyimiz kimi, Natiq Məmmədli Medianın İnkişafı Agentliyinin İcraçı direktorun müavini vəzifəsinə təyin edilib.

Turkustan.az Natiq Məmmədlinin dosyesini təqdim edir:

Natiq Məmmədli 1977-ci il mayın 5-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

1990-cı illərin ikinci yarısından jurnalistika sahəsində çalışır. Müxtəlif KİV-lərdə baş redaktorun müavini, baş redaktor və s. vəzifələrdə çalışıb.

O, mətbuat tarixinə dair araşdırmaların, oçerklərin müəllifidir. Natiq Məmmədlinin təşəbbüsü və redaktorluğu ilə Azərbaycan mətbuat irsinə, ictimai fikir tarixinə dair bir sıra nəşrlər işıq üzü görüb.

Qeyd edək ki, Natiq Məmmədli bu təyinata qədər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb. (bizim.nedia)


MANŞET XƏBƏRLƏRİ