ABŞ İngiltərənin cənubundakı RAF Fairford aviabazasından 12 B-1 bombardmançı təyyarəsinin hamısını təcili şəkildə geri çəkib.
Turkustan.az xəbər verir ki, ABŞ rəsmilərinin sözlərinə görə, qərar İranın dəstəklədiyi planlaşdırılan hücumla bağlı Qərb kəşfiyyat xidmətlərinin ABŞ qüvvələrinə yeni xəbərdarlıqlar verməsindən sonra qəbul edilib.
ABŞ-ın iki rəsmisi bildirib ki, bombardmançı təyyarələr hətta onları havada yanacaqla təmin etməli olan tanker təyyarələri bazanı tərk etməzdən əvvəl RAF Fairford-dan havaya qalxıb. Rəsmilər əməliyyat məsələlərini müzakirə etmək üçün anonimlik şərti ilə danışıblar.
Məlumata görə, bazar günü B-1 bombardmançılarından ən azı üçü Cənubi Dakotadakı bazalarına eniş edib.
“New York Times”ın (NYT) yazdığına görə, müharibə zonasından minlərlə kilometr uzaqda yerləşən müttəfiq bazasından bu qədər sürətli hərbi aviasiya köçürülməsi sülh dövründə nadir hallarda baş verir.
Qəzet qeyd edib ki, bəzi bombardmançı təyyarələr ABŞ-a qayıdarkən yanacaq doldurmaq üçün tanker təyyarələrini belə gözləmədən RAF Fairford-u tərk edib.
Aytən Yaşar / Turkustan.az