ABŞ Cənub Komandanlığı (SOUTHCOM) Karib dənizində narkotik kartelinə məxsus qayığa zərbə endirildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, SOUTHCOM-un məlumatına görə, əməliyyat Qərb yarımkürəsinin Birgə Operativ Qüvvələri tərəfindən həyata keçirilib.
Açıqlamada bildirilib ki, kəşfiyyat məlumatları qayığın narkotik qaçaqmalçılığı fəaliyyətində fəal şəkildə istifadə edildiyini göstərib.
“Əməliyyat zamanı dörd narko-terrorçu öldürülüb”, – deyə SOUTHCOM-un açıqlamasında qeyd olunub.
Bununla da ABŞ ordusunun beynəlxalq narkotik qaçaqmalçılığına qarşı keçirdiyi əməliyyatlar seriyasına daha bir əməliyyat əlavə olunub.
Aytən Yaşar / Turkustan.az