Elariz Məmmədoğlu: “Bura Türkiyə deyil, bura Amerikadır!”


Müğənni Elariz Məmmədoğlu maraqlı görüntülərlə diqqət çəkib.

Turkustan.az xəbər verir ki, Amerikada yaşayan sənətçi ən böyük 4-cü şəhər olan Bruklində Azərbaycan musiqisinin səsləndirilməsini izləyiciləri ilə bölüşüb.

Görüntüləri lentə alan ifaçı "Amerikada Azərbaycan musiqisi. Bura Türkiyə deyil, bura Amerikadır" - şərhi ilə sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, E.Məmmədoğlu 2012-ci ildə ABŞ-a köçüb. Onun xanımı "Green Card" udub və beləliklə, cütlük okeanın o tayına yaşamağa gediblər.

Müğənni orada el şənliklərində çıxış edir.

Həmin görüntüləri təqdim edirik:


/yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ