Elza Seydicahanın itkin düşən ATASI TAPILDI? - VİDEO


Əməkdar artist Elza Seyidcahanın illərlə Rusiyada axtardığı və öldü xəbərini aldığı atası Nuru Əhmədovun sağ olduğu bildirilir.

Turkustan.az xəbər verir ki, bu barədə E.Seyidcahana qonaq olduğu “Günə Uğurla” verilişində məlumat verilib.

“Hərdən deyirlər ki, atan sənə baxmayıb, niyə gəlməsini istəyirsən. Mən bilsəm ki, o haradadır, götürüb gələrəm, qəbul edərəm, ona baxaram. Necə yaraşıqlı kişidir. Ana ona görün necə baxıb. Atam keçəndə ətrinin iyindən bilirdilər ki, burdan Nuru keçib. Gərək, anam onu Rusiyaya getməyə qoymazdı. Rus qadınlar anamın əlindən onu aldılar”, - E.Seyidcahan deyib.

Efir zamanı E.Seyidcahana atası zəng etsə də, o həmin şəxsin atası olduğuna inanmayıb: “Ola bilsin, kimdirsə, istəyir ki, ona övladlıq edim. O mənim atam deyil, səsindən, ləhçəsindən tanıyıram”. /pravda.az/


MANŞET XƏBƏRLƏRİ