Baxçalıdan təyyarə qəzasına eyhamlı reaksiya


Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Liviya hərbi heyətini daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı diqqətçəkən açıqlama verib.

Turkustan.az xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.

“Türkiyə-Liviya arasında səmimi və yaxın dialoqların artdığı, qarşılıqlı hüquq və maraqların qorunduğu bir dövrdə baş verən bu təyyarə qəzası həm düşündürücü, həm də son dərəcə kədərlidir. Tarixi, siyasi, iqtisadi və köklü əlaqələrimiz olan Liviya xalqının dərdi Türkiyənin də dərdidir. Dost və qardaş Liviya xalqına başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət diləyirəm”, – Baxçalı vurğulayıb.

Qeyd edək ki, ötən gün Türkiyənin paytaxtı Ankarada Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli əl-Həddad və onu müşayiət edən nümayəndələr təyyarə qəzasında həlak olublar./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ